Bakıda metro qatarında qadın keçmiş əri tərəfindən bıçaqlanıb
5-09-2018, 07:21
Bakı metropoliteninin Nəsimi stansiyasında bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı Nəsimi stansiyasında olarkən qatarda ona krçmiş əri yaxınlaşıb və onlar mübahisə edib.
Nəticədə E.Quliyeva ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.