Müşfiq Atakişiyev-İlham Pirməmmədovun ortaq maxinasiyaları – VİDEO

13-10-2015, 00:09           
Müşfiq Atakişiyev-İlham Pirməmmədovun ortaq maxinasiyaları – VİDEO
Bir müddət əvvəl «Təfəkkür» Universitetinin rektoru Müşfiq Atakişiyevlə bağlı mətbuatda ilginc informasiyalar yayılmışdı. Biz də həmin məlumatları yayımlamış və ardından adıçəkilən ali təhsil ocağının mətbuat xidmətinin yolladığı təkzib mövqeyini də yayımlamışdıq. Qeyd edək ki, məlum informasiyada ali təhsil ocağının şəriklərindən biri kimi özünü təqdim edən Riyad Əliyevin «Təfəkkür»lə heç bir əlaqələrinin olmadığı söylənilirdi. Lakin qarşı tərəfin bizə faktlarla məlumat təqdim etməsi o qədər də yubanmadı. R.Əliyevin cumhuriyyet.az-a təqdim etdiyi məlumatlar arasında həm də bir foto var idi.
Bu fotodakı adamlar birbaşa olaraq Müşfiq Atakişiyevin yaxınlarıdır. Riyad Əliyev cumhuriyyet.az-a göndərdiyi fotodakı adamların kimliklərini açımaqla «Təfəkkür»dən yayılan təkzib məktubunda «Riyad Əliyevi tanımırıq, onun universitetlə heç bir əlaqəsi yoxdur» cümləsinə cavab kimi qoyulur. Bu foto ilə bağlı R.Əliyev arayışında bildirir:
– Göndərdiyim bu fotoda mən ortadayam (Riyad Əliyev). Eynəkdə olan şəxs Kooperasiya Universitetinin tədris müdiri Mirzə Məmmədovdur. Qırmızı qalstukda olan şəxs isə Müşfiq Atakişiyevin dayısı oğlu, «Təfəkkür» Universitetinin sabiq təsərrüfat işləri üzrə prorektoru, universitetin Kiyev filalının müavini Rövşən Məmmədovdu.
Riyad Əliyev iddia edir ki, M.Atakişiyev bir qrup tələbəni Ukraynaya, Kiyevə yollayıb və sonradan filalın vasitəsilə Bakıya «perevod» edib. R.Əliyev iddia edir ki, bu «perevod» məsələsində onlar Təhsil Nazirliyi ilə razılığa gələ biliblər və bu işdə nazirin müşaviri İlham Pirməmmədov yaxından iştirak edib. Məlumatda bildirilir ki, bir qrup tələbə bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələri kimi rəsmiləşdirilib və «perevod» olunub. Bu əməllərin gizlədilməsi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda deyilir: “Təfəkkür Universitetinin kriminal rektoru Müşfiq Atakişiyev və onun müavini sabiq Səhiyyə Naziri olmuş Rahim Hüseynov 500.000 AZN İlham Pirməmmədova yardım ediblər. Səbəb, İlham Pirməmmədovun mesajıdı. Əgər məni qurtarmasanız, köçürmələrlə bağlı istintaqa hər şeyi danışacam. Məcburiyyət qarşısında qalmış, əlləri cinayətlərə və rüşvətə batmış Müşfiq Atakişiyev və Rahim Hüseynov 500.000 AZN tapıb verdilər. Əks halda, onların saxta köçürmələri üzə çıxardı.”
Tələbə köçürmələri ilə bağlı İlham Pirməmmədovla yanaşı, İlyar, Nazakət Hacıyevanın da adları çəkilir. Riyad Əliyev iddia edir ki, onun barəsində Yasamal Rayon Məhkəməsinə edilən şikayətə də İlham Pirməmmədovun qardaşı Həsrət Pirməmmədov (hakim) baxır. Məhz bu faktın da işin obyektiv aparılmayacağına işarə kimi təqdim edir.
Bu faktla bağlı olaraq «Təfəkkür» Universitetinin rektoru Müşfiq Atakişiyevə müraciət etsək də, o bizim müraciətimizi cavablandırmayıb.
Bununla belə qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

[media=https://www.youtube.com/watch?v=K5X7V-_mNz0]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.