Xanbabayevi Həsənov əvəzləyəcək-XAÇMAZDA

1-03-2019, 11:48           
Xanbabayevi Həsənov əvəzləyəcək-XAÇMAZDA
Yaxın günlərdə daha bir neçə rayonun rəhbəri dəyişdiriləcək. Azerinfo.tv bildirir ki, bu barədə məlumatlı mənbədən informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, ilk olaraq şimal rayonlarımızda rəhbər dəyişikliyi həyata keçiriləcək. Mənbənin söylədikləri:

" Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev də yaşlanıb və onunla bağlı da qərarın verilməsi gözlənilir. Düzdür, başçı Ümummilli lider Heydər Əliyevin silahdaşlarından olub, iqtidara sədaqəti hamıya bəllidir. Lakin yaş öz işini görür. Başçı rayonun işləri ilə əvvəlkitək ilgilənə bilmir. Paytaxta yazılan şikayətlərin ardı kəsilmir.
Artıq başçını əvəz edəcək şəxs də bəllidir. Rayon maliyyə idarəsinin rəisi Nizami Həsənov bu posta iddialıdır və paytaxda güclü dayaqları var. Həm də korrupsiya işlərində adı elə də hallanmayıb. Rayon camaatı arasında nüfuzu başçını üstələyir. Odur ki, məhz Həsənovun bu posta təyin ediləcəyi inandırıcıdır."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru