Vergilər Nazirliyində Vidadi Məmmədovu əvəzləyən də ittiham hədəfidir - "O, Vidadi Məmmədovun varisidir"...
25-11-2015, 20:52
Keçən günlərdə vergi sisteminə sirayət edən MTN şəbəkəsi ilə bağlı ilginc ittihamların yer aldığı yeni informasiyaları diqqətinizə təqdim etmişdik. Məlumatda deyilirdi ki, Vergilər Nazirliyin "Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti"-də (qısa olaraq VCİD),MTN həbs edilmiş əməkdaşı İlqar Əlyev rəsmən hökmranlıq edib. Həmin xəbəri təkrarən təqdim edirik:
"VCİD- istintaq idarəsinin sabiq rəisi Şahin Rüstəmov və həmin idarənin sabiq baş müstəntiqi Şahin Rüstəmov( iki cinayətkarın adı eynidir) ,İlqar Əliyevlə əlbir olub dövlətə ödənəcək olan vergidən 6 milyon dolları mənimsəmişdirlıər.
Hər bir iş adamı vergi ödəməyə cəlb edildikdən sonra,ondan 20% faiz əlavə haq tələb edilirdi.Ümumiyyətlə vergilər nazirliyi tərəfindən vergiyə cəlb edilən iş adamının bütün sirləri,iş yeri,qazancə və iş yerində mə qədər insan işləyir və sairə məlumatlar İlqar Əliyevə ötürülürdü.Bəzi iş adamları dövlətə vergidən əlavə 20% fazi ödəmələrinə baxmayaraq, məslənin üzərindən 6 ay keçdikdən sonra yenidən onları İlqar Əliyev MTN çağırır və əlavə pul alırdı.
Əlbəttə ki,bütün olan hadisələr Vidadi Məmmədovun icazəsi və bilgisi daxilində həyata keçirilirdi.
İş adamından alınan əlavə 20 % -dən ən az pay baş müstəntiq Şahin Rüstəmova düşürdü.Onun payı cəmi 3% faiz idi.Qalan 17% faizi isə istintqa idarəsinin rəisi Şahin Rüstəmov , Vidadi Məmmədov və İlqar Əliyev arasında böıüşdürülürdü.Yəni bütün iş adamları dövlət vergisindən əlavə 20% cinayətkar şəbəkəyə verilməli idi.
Sizlərə çox dəhşətli , dövlətin ciddi araşdırması və məsələnin üstündə durması haqqında məlumatı paylaşacam."Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti"-sabiq rəisi Vidadi Məmmədovun zamanında dövlətə ödənilməli olan 50 milyon manat qəsb edilmişdir.50 milyon manat iş adamlarından əlavə alınan 20 % daxil deyildir.50 miyon manatı ödəyən iş adamları elə zən etmişdirlər ki, dövlətə vergi ödəmişdirlər.Əslində isə 50 milyon manat Vidadi Məmmədov tərəfindən mənimsənmişdir.İş adamlarından vergidən əlavə alınan 20% -də hesablansa düşünün qanunsuz yolla mənimsənəın 50 milyon deyil daha çoxdur.
Vidadi Məmmədovun məminsəıdiyi pulların hamısını dövlət bilmək istəyirsə,VCİD istintaq idarəsinin sabiq rəisi və baş müstəntiq Şahin Rüstəmov cinayətə cəlb olunmalıdırlar.Vidadi Məmmədovun sirləri bu iki şəxsdədir.
VCİD -istintaq idarəsinin rəisi Şahin Rüstəmov təqaüdə göndərilmişdir.Şahin Rüstəmov təqaüd vaxti çatsada ,iki il daha istintqa idarəsinə rəhbərlik etməsi barədə razılaşdırılmışdı.Vidadi Məmməodvun vergidən yayınan şəxsin əvəzinə həmiş şəxsin qardaşını həbs etdirməsi veteninfo.az saytı tərəfindən gündəmə gətirildikdən sonra,Vidadi Məmmədov işi ört basdır emtək üçün Şahin Rüstəmovun iki daha işləməsinə razı olmadı və baş müstəntiq Şahin Rüstəmovuda işdən azad elədi.
Bir il əvvəl medyaya sızan o məlumatdan sonra Vidadi Məmmədova qarşı inam azaldı və vəzifəsindən uzaqlaşdırılmağa qərar verildi.Vidadi Məmmədov rəhbərlik etdiyi VCİD-rəisi vəzifəsindən çıxarıldı və balaca şöbəyə təyin eildi.MTN -sabiq palkovniki İlqar Əliyev məsələsi ortaya çıxanda isə təmamilə vergi sistemindən uzaglaşdırıldı və həbs edildi.
Dövlətimiz Vidai Məmmədovun mənimsədiyi 50 milyon və digər məbləğlər barədə öyrənmək istəyirsə ,VCİD -istintaq idarəsinin sabiq rəisi və baş müstəntiqi Şahin Rüstəmov cütlüyünü istintaqa cəlb etməlidir.
Vidadi Məmmədov barədə ilk dəfə veteninfo.az saytının yaydığı gizli məlumatların işığ üzü görməsindən sonra,Vidadi Məmmədovun VCİD-casus ovu başlatdığı günlərdə barəmdə şübhələrə qapılıb işdən qovulmuş sabiq müstəntiqəm.Vidadi Məmməodvun ac gözlüyü və geyri insani hərəkətlərinə görə işini itirmiş və vergi sistemindən haqsız yerə qovulmuş dövlətin müstəntiqlərdən biriyəm.Görün bizi nə hala saldı və biz müstəntiqlər Sədərək bazarında alverlə məşğuluq ki,ailəmizə çörək aparaq".
Vergilər Nazirliyində Vidadi Məmmədovu əvəzləyən də ittiham hədəfidir
DİA.AZ-a daxil olan son informasiyalarda isə qeyd olunur ki, hazırda Vergilər Nazirliyin Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi postunu tutan və kifayət qədər gənc kadr olan Zeynalabdin Məmmədzadənin özü də elə Vidadi Məmmədovun davamçısı hesab oluna bilər.
Dia.az-a daxil olan məlumatda bildirilir ki, Zeynalabdin Məmmədzadə zamanında Daşınmaz əmlakın kadastrı şöbəsi, Dövlət reyestrinin tərtibi və aparılmasının təşkili sektorunda məsləhətçi işləyib. Onun birdən-birə belə bir mühüm posta təyin olunması da təsadüfi deyil. Mənbənin söylədikləri: "Bu məsələdən məlumatlı olanlar işin tam məğzini bilir. Geniş ictimaiyyət isə yalnız bunları bilə bilər: Vidadi Məmmədovun yerini dolayısı ilə onun VARİSİ tutub".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...