Bakıda şirkət gözətçisini döyərək öldürən iki qardaş tutulub

30-09-2019, 12:11           
Bakıda şirkət gözətçisini döyərək öldürən iki qardaş tutulub
Bakı şəhəri, Xətai rayonunda yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus bağda gözətçi Bağır Piriyevi döyərək öldürən iki nəfər tutulub.

“Report”un xəbərinə görə, həmin şəxslər Bakı şəhər sakinləri Ramil və Kənan Ağayev qardaşlarıdır.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, ilkin məlumata görə, qardaşlar bağda zeytun oğurluğu edən zaman B.Piriyevlə onlar arasında mübahisə düşüb. Mübahisədən zamanı Ağayev qardaşları bağbanı döyüblər. Ağır xəsarətlər alan B.Piriyev vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru