"Brent" markalı neftin qiyməti 59 dollardan aşağı düşüb

2-10-2019, 01:25           
"Brent" markalı neftin qiyməti 59 dollardan aşağı düşüb
Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,46% azalaraq 58,98 dollara düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə sentyabrın 12-də neftin bir barelinin qiyməti 59 dollardan ucuz olub.

Neftin qiyməti OPEK-in baş katibi Məhəmməd Barkindonun Səudiyyə Əribstanının neft obyektlərinə hücumdan neftin istehsalını tam bərpa etməsindən sonra ardıcıl olaraq ikinci gündür enir.

Ötən həftə "Brent" markalı neftin bir barelinin qiyməti 2019-cu ilin yanvar ayından bəri rekord artım (6,7%) əldə edib. WTI markalı neftin bir barelinin qiyməti isə 5,9% artım göstərib ki, bu da iyun ayından bəri ən yüksək göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru