Ekvador 2020-ci ildə OPEK-i tərk edəcək

2-10-2019, 04:30           
Ekvador 2020-ci ildə OPEK-i tərk edəcək
Ekvador 2020-ci ilin 1 yanvarından Neft İxrac edən Ölkələr Birliyini (OPEK) tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə ölkənin Energetika və Bərpa Olunmayan Resurslar Nazirliyi bildirib.

"Energetika və Bərpa olunmayan Resurslar Nazirliyi bildirir ki, Ekvador hökuməti 1 yanvar 2020-ci ildə OPEK-i tərk etmək barədə qərar qəbul edib", - xəbərdə deyilir.

Nazirlikdə qeyd ediblər ki, qərar "maliyyə sabitliyi"nə nail olmaq zərurəti ilə əlaqədardır. Bu tədbir hökumətin büdcə xərclərinin ixtisarı və gəlirlərin artımı üzrə planına salınıb.

Ekvador OPEK-ə 1973-cü ildə daxil olub. Ölkə 1992-ci ildə təşkilata üzvlüyünü dayandırıb. Lakin 2007-ci ildə üzvlüyü yeniləyib.

Ekvadorun nefti ehtiyatları 8,3 milyard bareldir. 2018-ci ildə neftin gündəlik hasilatı 517 min barel təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru