Peruda ağır yol qəzasında ölənlərin sayı 23-ə çatıb, daha 30 nəfər xəsarət alıb

2-10-2019, 04:31           
Peruda ağır yol qəzasında ölənlərin sayı 23-ə çatıb, daha 30 nəfər xəsarət alıb
Perunun cənubundakı Kispikançi əyalətində baş vermiş ağır yol qəzasında ölənlərin sayı 23 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yerüstü Sərnişin və Yük Nəqliyyatına Nəzarət üzrə Xidməti bildirib.

Qeyd edilir ki, sərnişin avtobusunun hündürlükdən uçuruma aşması nəticəsində həmçinin daha 30 nəfər yaralanıb.

"İdarənin hadisə yerində olan əməkdaşlarının sözlərinə görə, 23 nəfər ölüb. Bundan əlavə, polisin məlumatına görə, 30 nəfər xəsarət alıb", - deyə xidmətin xəbərində bildirilir.

Yaralılar yaxınlıqdakı, o cümlədən Kuskodakı xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, sərnişin avtobusu Kispikançi əyalətində 100 metr yüksəklikdən aşıb. Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru