İnanılmaz görüntülər: 5 metrlik ilan turistlərə şok yaşatdı - Video

3-10-2019, 22:52           
İnanılmaz görüntülər: 5 metrlik ilan turistlərə şok yaşatdı - Video
Cənubi Afrikada ciplə gəzintiyə çıxan turist qrupu böyük piton ilanının hücumundan qaçaraq xilas olub.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Durban şəhərinin yaxınlığında torpaq yolda baş verib. Öndə olan maşının qoşqusundakı qayığın altında gizlənmiş 5 metrlik ilan anidən ordan çıxaraq turistlərə qorxulu anlar yaşadıb.

Belə ki, gəzintiyə çıxan turist qrupu avtomobilləri torpaq yolda saxlayıb ərazi ilə tanış olduqları zaman onlardan bir nəfəri qayığın altında ilanı görüb və ona toxunmaq istəyib. 5 metrlik piton daha sonra avtomobilə doğru gedib və bundan qorxuya düşən turist dərhal maşına əyləşərək geri sürüb. Bir müddət cipə doğru hərəkət edən ilan sonda otların arasına girərək yoxa çıxıb.

İlanın Afrika qaya pitonu olduğu və ölkədəki ən böyük 6 ilandan biri olduğu bildirilib.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru