Azərbaycanda bu da oldu - Gözdən əlilə sürücülük vəsiqəsi verilib... -
30-11-2015, 15:16
Son dövrlər yol-nəqliyyat hadisələrinin artmasında ən mühüm yerlərdən birini sürücülərin pulla vəsiqə almaları göstərilir. Redakiya xəbər verir ki, yerli İmtahan-Qeydiyyat Şöbələrinə rüşvət verərək, asanlıqla sürücülük vəsiqəsi alanlar sonra uzaq yollarda qeyri-peşəkarlıq nümayiş etdirərək, başqalarının həyatları ilə oynayır.
Qeyd edək ki, İmişlidə yerləşən, 11 saylı rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində də vəziyyət digərlərindən fərqlənmir. JAM.AZ xəbər verir ki, bu özbaşınalığa səbəb şöbənin rəisi Mirqafar Seyidovun tətbiq etdiyi qaydalar və günlük planlardır. Bu barədə məlumat verən şəxslər bildirirlər ki, İmişli MERO-sunda pulsuz heç nəyi həll etmək mümkün deyil.
Belə ki, sürücülük vəsiqəsinə sahib olmaq üçün iki yol var. Birincisi, heç bir sürücülük məktəbi oxumadan gəlib rəis Mirqafar Seyidovun qabağında əyləşib, masanın üzərinə 1000-1200 manat «çırpmalısan». Ən geci 25 dəqiyəyə vəsiqə hazır olur və vətəndaş yola salınır.
İkinci varinat isə bir qədər başqadır. Bunun üçün sürücülük məktəbini oxuyur, sənədlərini alır və onların arasına 750-800 manat qoyaraq, şöbə rəisinə və ya onun köməkçisinə və ya orada çalışan hər hansı birinə verirsən. Bunun üçün 1-2 saat vaxt lazım gəlir. Çünki pul verən vətəndaş, həm də imtahana girib, düymələri basmalıdır.
JAM.AZ bildirir ki, Mirqafar Seyidovun iş prinspilərində oxuyaraq, sürücülük vəsiqəsi almaq anlayışı yoxdur. Elə bu səbəbdəndir ki, İmişli MERO-nun həyətirnə girən mülki şəxslər onların gözündə dollar və ya manat şəklində görünürlər.
Qeyd edək ki, Mirqafar Seyidov pul üçün hətta insanların taleyi ilə oynamaqdan da çəkinmir. Məsələn, bir xeyli müddət əvvəl İmişli-Bəhrəmtəpə yolunda baş vermiş qəzada 5 nəfər ağır yaralanmışdı. Hadisəni törədən şəxsin Novruz Müseyibov adlı biri olduğu müəyyən edilmişdi. Və məlum olmuşdu ki, cənab Müseyibovun sol gözü ümumiyyətlə görmürmüş. Elə avtomobil qəzası da onun yolun soluna çıxmaq istəməsi olubmuş.
Maraqlıdır ki, 11 saylı Rayonlararası İmhatan-Qeydiyyat Şöbəsində əgər gözü görməyən birinə sürücülük vəsiqəsi verilirsə, bu o deməkdir ki, yollarda baş qaldırmış terrorlar heç də səbəbsiz deyilmiş. Yəni, Mirqafar Seyidov qazansın deyil, onlarla insan hər il avtomobil yollarında qurban gedir.
JAM.AZ-ın bir başqa araşdırmasında isə İmişli MERO-nun rəisinin bahalı maşın həvəskarı olduğu vurğulanır. İddia edilir ki, Seyidovun evində dünyaca bahalı markalardan ibarət avtombil kolleksiyası var. Hətta bu kolleksiyaya daxil olanların sayı o qədər çoxdur ki, rəis hər səhər hansı maşınla işə gedib-gələcəyini belə unudur.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.