Azerienerji ASC-nin Neftçala Elektrik Şəbəkəsində Özbaşınalıq
30-11-2015, 22:10
Redaksiyamızın elektron poçtuna Neftçala sakinindən Naftçala elektrik şəbəkəsi əməkdaşlarının özbaşınalığından şikayət məktubu daxil olub. Şikayət məktubunu oxucuların ixtiyarına veririk;
"Mən Əkbər Abdullayev Neftçala şəhəri,X.Natəvan küçəsi,ev 23 ünvanında yerləşən evdə ailə üzvlərimlə birlikdə yaşayıram.Evim Neftçala EŞ ilə aramızda bağlanan müqavilə əsasında elektrik enerjisi ilə təhciz olunur.Hər ay sərfiyyata görə istifadə etdiyim elektrik enerjisinin pulunu poçt və ya bank vasitəsilə ödəmişəm.2015-cı il avqustun 19-da səhhətimlə əlaqədar Bakı şəhərində xəstəxanada olduğum vaxt Neftçala EŞ -nin əməkdaşları yaşadığım ünvana gələrək enerji sərfiyyatına görə ailə üzvlərimə bildiriş vermiş,daha sonra elektrik enerjisindən istifadə zamanı sayğac və elektrik naqillərinə müdaxilənin olub olmaması üçün baxış keçirmişlər.Mənim sarğac və elektrik naqillərimdə heç bir əlavə quraşdırma və təchizat olmadığı halda onlar guya sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə etdiyimi əsas götürərək məlumat üçün ailə üzvlərimin verdiyi mobil nömrəsinə zəng etdilər.Mən onlara dedim ki,bizdə heç bir müdaxilə ola bilməz,başqa problem olsa mənə bildirsinlər.Onlar isə nə mənə ,nə də ailə üzvlərimə heç bir irad və təkliflərini bildirməmişlər.Həmən vaxtdan mən bildiriş üzrə bütün borclarımı vaxtında ödəmişəm.Həmin bildirişlərdə mənə cərimə yazılması və əlavə ödəniş etməli olduğum barəsində heç bir xəbərdarlıq yoxdur.20 oktyabr 2015 ci ildə Neftçala EŞ-nin əməkdaşları olan İlqar və Yaşar adlı şəxslər səhər saatlarında yaşadığım ünvana gələrək sarğacımın yerini dəyişəcəklərini dedilər.Səbəbini soruşduqda bildirdilər ki, sən 500 manata qədər cərimə olunmusan.Dedim nəyə görəm cərimə olunmuşam?Tövsiyə etdilər ki, Neftçala EŞ -nə müraciət edim.Mən dərhal Neftçala EŞ -nə gedib maraqlandım.Elektrik enerjisinin müdürü Mahir Kərimov mənə bildirdi ki, guya mənim sarğacıma gələn elektrik naqillərinə müdaxilə olunub və mənə 259 manat cərimə tətbiq ediblər.Mən dərhal enerji sərfiyyatına görə borcumu öyrənmək üçün www.apus.az saytına daxil oldum.Həmən saytda borcumun 517. 90 manat olduğunu gördüm.Saytdan görüntülərin fotoşəkilləri çəkdim.EŞ -dən isə bunu onunla izah etdilər ki, guya texniki səhfdir,problemi aradan qaldıracaqlar.Mən Neftçala EŞ müdürü Şirəliyev Vurğun Yaqub oğlunun qəbuluna getdim və ona bu qanunsuz yazılan cərimə barəsində məlumat verdim.O,isə mənim üstümə qışqıraraq təqqir edici sözlərlə mənə bildirdi ki, mənim işçilərim hər bir halda haqlıdır sən onlara heç bir irad tuta bilməzsən.Mən Vurğun Şirəliyevə bildirdim ki, mən sizdən şikayət edəcəm.O isə mənə cavabında bildirdi ki, mən heç kimdən qorxmuram get hara istəyirsən şikayət et mənim yuxarıda adamım var əziyyət çəkib şikayət etmə heç bir xeyri olmuyacaq.Qardaşı Şirəliyev İsgəndərə arxalanaraq Vurğun Şirəliyev məni təqqir etməyə davam etdi.Bildirmək istəyirəm ki, Vurğun Şirəliyevin qardaşı İsgəndər Şirəliyev Kompleks qazma işləri tresti nin rəisidir.Sonra mən onlardan tərtib olunan aktı və digər sənədlərin sürətini tələb etdim. Aktı oxuyanda gördüm ki, tərtib olunmuş 02 sentyabr 2015 -ci il tarixli R 004747 Nömrəli akta əsasən guya mənim evimə baxış keçirilib və sarğacdan kənar enerjidən istifadə etmişəm.Aktdan görünür ki, guya mən aktı imzalamaqdan imtina etmişəm.Halbuki həmən gün mən evdə yox,Bakı şəhərində olmuşam.”Azerişıq “ASC -nin Cənub RETSI -nin rəisinin təsdiq etdiyi və aktlar üzrə komissiyanın sədri və üzvləri tərəfindən imzalanan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplekstlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər “ə əsasən 01 oktyabr 2015 -cı ildə qərar qəbul olunmuş və “Witr =1.0 kvt x 24 saat x 180 gün =4320 Kvts “qaydasında hesablama aparılaraq hər kv -tı 6 qəpikdən 259. 20 manat cərimə olunmuşdur.Lakin öz dedikləri kimi texniki səhf üzündən ikiqat hesablanıb mənə olan 50 qəpik borc çıxılmaqla 517.90 manat üzərimə borc yazılmışdır.
“Elektrik enerjisindən istifadə qaydaları “nın 8.33 -cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə də pozuntuya yol verildiyi aşkar edildikdə,enerji təchizatı müəssisələrinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.Qeyd etdiklərimdən göründüyü kimi mənim haqqımda akt qanunsuz tərtib olunmuş və mən qanunsuz olaraq cərimə edilmişəm." nia.az/
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!