İcra başçısı satmağa yer tapmadı və... - Elin bulağını satdı..
1-12-2015, 20:55
Beyləqan rayonundan mətbuata, dövlət qurumlarına və ğlkə rəhbərliyinə ünvanlanan müraciətlərin ard-arası kəsilmir. Bu müraciətlərdə bir qayda olaraq rayondakı ayrı-ayrı məmurların və icra başçısı Vaqif Abdullayevin özbaşınalıqlarından, korrupsiya əməllərindən bəhs olunur. Beyləqandan Gunxeber.com-a daxil olan yeni məlumata görə, rayon icra başçısı Vaqif Abdullayev mərkəzi xəstəxanaya gedən küçədə yerləşən və vətəndaşların 40 ildir istifadə etdiyi su bulağının yerini satıb. Bununla bağlı redaksiyamıza məlumat göndərən mənbə iddia edir ki, icra başçısı su bulağının ərazisini 20 min manata satıb. Su bulağını həmin ərazinin arxasındakı obyekti işlədən Elgün adlı polis işçisinin aldığı və artıq söküntüyə başladığı deyilir. Mənbəmiz bildirir ki, 40 ildir rayon vətəndaşlarının istifadə etdiyi həmin su bulağı Beyləqan Su İdarəsinin balansındadır. İcra başçısı Vaqif Abdullayevin göstərişi ilə Su İdarəsi bulağı balanasından çıxararaq rayon bələdiyyəsinə verib. Vaqif Abdullayev ərazinin bələdiyyəyənin balansına keçməsindən sonra oranı rahat şəkildə satıb. Məlumatda qeyd olunur ki, rayon sakinləri icra başçısının bu özbaşınalğına görə ölkə prezidenti İlham Əliyevə müraciət edəcəklər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıqş