Şirəliyev 126 milyonluq dərmanı kimlərə xərcləyib – ölkə səhiyyəsində nə baş verir?

7-12-2015, 22:40           

Statistik rəqəmlərə istinad etsək ölkənin yarısı pulsuz müalicə olunmalıdır
Azərbaycanın səhiyyəsinin “xəstə” vəziyyətindən çox yazılıb. Amma hökumət bu mühüm sahəni sağaltmağa, vətəndaşın həyatını sığortlamağa cəhd göstərmir. Əksinə, dövlət hesabına verilməli olan dərmanlar pulla alınır, satılan dərmanların isə qiyməti yüksək olur. Beləliklə, xəstə sağlamlığa qovuşmaq üçün daha ağır sınaqlardan keçməli olur.
Statistik rəqəmlər isə daha dəhşətli reallıqlardan xəbər verir. Məlum olur ki, dərman preparatlarının alınmasında və vətəndaşa verilməsində ciddi problemlər var.
Belə ki, Səhiyyə Nazirliyi bu günlərdə ilin əvvəlindən bəri həyata keçirdiyi satınalmaların nəticələrini açıqlayıb. Nazirliyin Innovasiya və Təchizat Mərkəzi 52 tender üzrə 11 yerli və xarici şirkətlə 126 milyon 212 min manat həcmində ikitərəfli və çoxtərəfli müqavilələr bağlayıb.
Rəsmi statistikaya görə hər il ölkəyə 240 milyonluq dərman daxil olur. Rəsmi statistikaya görə isə hər il ölkəyə 240 milyonluq dərman idxal olunur. Belə çıxır ki, ölkəyə idxal olunan dərmanın yarısını Səhiyyə Nazirliyi alır. Əgər belədirsə, bu pereparatlar niyə xəstələrə pulsuz verilmir. Bəli, bu statistikaya görə ölkənin yarsı dövlət hesabına müalicə olunmalıdır. Amma sirr deyil ki, dövlət xəstəxanalarında dərman pereparatlarının verilməsi pulla həyata keçirir. Hətta rəsmən pulsuz olan analizlərə görə də pul alınır. Əvvəla, pulsuz dərmanların vətəndaşa pulla verilməsi korrupsiyadır, ağır cinayətdir. Ikincisi isə Səhiyyə Nazirliyi bu preparatları hansısa aptek qiymətinə yox, daha ucuz qiymətə alır və heç olmasa xəstəyə də ucuz qiymətə satmalıdılar. Ən dəhşətlisi isə budur ki, pulu olmayan xəstəyə xidmət göstərilmir. Yəni, qanunla sənə pulsuz verilməli olan dərmanı almağa pulun yoxdursa, insan həyatının da heç bir dəyəri yoxdur.
Amma hansısa müəllimi, həkimi 200 manat rüşvət aldığına görə həbs edənlər, yüz milyonların qaranlıq taleyinə göz yumurlar.
Həm dövlət büdcəsindən 100 milyonlarla vəsait silinir, həm də vətəndaş soyğuna məruz qalır.
MTN-də, Rabitə Nazirliyində geniş əməliyyatlar aparan, korrupsiya faktlarını üzə çıxaran hökumət, Səhiyyə Nazirliyinə niyə nəzər salmır. Insanların sağlamlığı ilə alver etmək daah ağır cinayət deyilmi? 126 milyonluq dərman preparatının vətəndaşa pulla satılması, dövləti cinayət deyilmi?
Bəlkə, bu 100 milyonları da hansısa “xarici qüvvə”lər mənimsəyib? Bəlkə, qanunların ayaq altına salınması Avropanın bizə paxıllıq etməsinin nəticəsidir?
Onsuz da səhiyyəmiz ağır vəziyyətdədir, vətəndaş yerli səhiyyəyə etimad göstərmir. Heç olmasa pulsuz verilməli olan dərmanları əhaliyə od qiymətinə satmayın.
Oqtay Şirəliyev açıqlama versin ki, 126 milyonluq dərman hansı xəstələrə verilib, satılan dərmanların pulu hara gedib.

Conflict.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.