MTN generallarının Təhsil Nazirliyinə uzanan əlləri
8-12-2015, 00:20
Son günlər “MTN işi” ilə bağlı ölkə mətbuatınını gündəmində olan və dəhşətli cinayətləri cəmiyyətdə rezonans doğuran generallar – Akif Çovdarov və Fərhad Vahabovun Azərbaycan təhsilinə uzanan qara əlləri barədə redaksiyamıza etibarlı mənbədən maraqlı məlumatlar daxil olub.
Mənbə Qaynar.info-ya bildirib ki, Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin əməkdaşları – İlyar Vahabov və Natiq İbrahimovun generallar qarşısında böyük “xidmətləri” olub. Generallarla birbaşa əlaqədə olan nazirlik əməkdaşları onların dəstəyindən yararlanaraq bəzi təhsil müəssisələrinin rəhbərlərinə himayədarlıq edib, bəzilərini isə generallar üçün “yem”ə çevirib.
Artıq təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə əməlləri ifşa olunan İ.Vahabov işində yol verdiyi nöqsanlara və qanun pozuntularına görə işdən azad olunub. Mənbə hətta İ.Vahabovun xidməti otağının möhürləndiyini də iddia edir.
MTN-dəki havadarlarına, həmçinin Təhsil Nazirliyində Natiq İbrahmov və İlham Pirməmmədov kimi yaxın ətrafına güvənən İ.Vahabov qanunsuz köçürmələri hətta yeni nazirin zamanında da həyata keçirməkdən çəkinməyib.
Mənbə bildirir ki, adıçəkilən generalların təhsil sektorunda himayə etdiyi şəхslərdən biri də böyük korrupsiya əməliyyatlarını həyata keçirmiş Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialınının direktoru Orucəli Rzayev (sonradan Zaqatala filialının direktoru) olub. Birbaşa N.İbrahimov və İ.Vahabovun “çətiri” altında fəaliyyət göstərən direktorun adı milyonlarla ölçülən mənimsəmə və korrupsiya faktlarında hallarır. Məlumata görə, O.Rzayev son olaylardan sonra təşvişə düşüb.
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialınında bank maxinasıyaları və başqa korrupsiya faktları ilə yanaşı, dövlət büdcəsinin talan edilməsi və 350 min manatdan çox dövlət vəsaitinin mənimsənilməsini sübut edən Audit aktı 300 min manat müqabilndə İ.Vahabovla N.İbrahimov tərəfindən “yoluna qoyulub”. Lakin bu faktı danmaq mümkün deyil. Çünki Audit aktı elə bir sənəddir ki, onu təkzib etmək mümkün deyil. Əks təqdirdə, auditi aparan şəxslərin ciddi şəkildə cəzalanması labuddür.
Təhsil naziri Mikayıl Cabbarovun obyektiv və şəffaf işləmək istəyinə şübhə etmirik. Nazirin İ.Vahabovla bağlı son qərarını da bunun sübutu olaraq qəbul edirik. Amma dövlət büdcəsindən 350 min manatın mənimsənilməsi barədə rəsmi audit aktının ört-basdır edilməsi Mikayıl Cabbarovun yeni komandasının səriştəsizliyindən və ya İ.Vahabov-N.İbrahimov cütlüyünün yeni komandaya təsir imkanlarının qüdrətindən xəbər verir.
Mənbə bildirir ki, himayədarlarının çətin vəziyyətindən təşvişə düşən Orucəli Rzayev onun qanunsuz hərəkətlərindən narazı olan kollektivə təsir imkanlarını əlində saxlamaq üçün son iclasda filialın yeni rəhbərliyinə (Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və yeni təyin olunan prorektor Asəf Zamanov) yaxın olduğunu və gələcəkdə aparılacaq struktur dəyişikliklərinin ona heç bir aidiyyatı olmadığını vurğulayaraq deyib:
“Yusif Məmmədov və Asəf Zamanovla bir sahənin adamlarıyıq. Ailə səviyyəsində görüşürük. Üçümuz eyni yerdə müdafiə etmişik, doktor olmuşuq, üçümüz də riyaziyyatçıyıq, bir-birimizə köməklik etmişik. Yusif BDU-da, mən isə GDU-da paralel iş aparmışıq. Onlar olan yerdə mənə heç kim heç nə edə bilməz. Biz bu günün dostu deyilik. Ailə səviyəsində görüşürük. Xeyirdə-şərdə bir yerdəyik. Nazir də təhsildə təcrübəsizdir, bu adamlar nə desə, ona baxacaq. Yəni mənə zaval yoxdur. Ay Xəzangül, yadındadırmı, sənin keçmış müdrünin vaxtında Yusif müəllimi ailəsi ilə, arvadı, baldızı ilə birlikdə Zaqatalaya qonaq gətirmişdim?”.
26 sentyabr 2006-cı ildə saxtakarlıq və qanunsuz əməllərinə görə GDU-nun propektoru vəzifəsindən qovulan və iki il sonra İ.Vahabovun dəstəyi ilə AMİ-nin Mingəçevir filialına direktor təyin olunan O.Rzayevin GDU-dakı qaranlıq keçmişi təhsil ictimayəti üçün sirr deyil. O vaхt onun saxta tələbə qəbulu ilə bağlı əməllərini iş ortağı, GDU-nun fakültə dekanı Abbas Səmədov öz üzərinə götürmüşdü. Bir sözlə O.Rzayev canını ucuz qurtarmışdı. Bundan başqa “üclüy”ə yaxınlığı ilə seçilən AMİ-nin tələbə tədris şöbəsinin müdiri Telman Muradovun qanunsuz köçürmələr və saxta diplom məsələsində “xüsusi xidmətləri” olub. AMİ-nin sabiq dəvtərxana müdiri Eldəniz İsmayılovun müəmmalı intiharı burda bir çox qaranlıq məqamlardan xəbər verir.