Ramiz Mehdiyevdən islahat anonsu: “Müzakirə aparılacaq”

23-12-2019, 17:06           
Ramiz Mehdiyevdən islahat anonsu: “Müzakirə aparılacaq”
“Azərbaycan Milli Elmlər Akademiyasının bu yaxınlarda ümumi iclası keçiriləcək, həmin iclasda Akademiyada islahatlarla bağlı geniş müzakirələr aparılacaq”.
Teref.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev deyib.

Ramiz Mehdiyev bildirib ki, bu, AMEA-nın gələcəyi baxımından çox əhəmiyyətli bir iclas olacaq: “AMEA-nın fəaliyyəti bilavasitə dövlətin siyasəti ilə bağlı olmalıdır. Prezidentin həyata keçirdiyi iqtisadi, sosial siyasət, humanitar məsələlərlə bağlı yürütdüyü xətt gələcəkdə AMEA-nın fəaliyyətində çox geniş yer tutmalıdır. Ümumiyyətlə, AMEA-nın fəaliyyəti Azərbaycan dövlətinin inkişafında öz xidmətini göstərməkdən ibarət olmalıdır”.

Ramiz Mehdiyev qeyd edib ki, AMEA-da hökmən islahatlar aparılacaq: “Güman edirəm ki, bu islahatlar AMEA-nın fəaliyyətinə mühüm töhfə verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru