Həkim təcili yardım maşınında xəstəni döydü

15-01-2020, 02:18           
Həkim təcili yardım maşınında xəstəni döydü
Rusiyanın Sankt-Peterburq şəhərində həkim xəstəni döyüb.
76 yaşlı kişi kömək üçün müraciət etdiyi həkimin təzyiqinə məruz qalıb.
İlkin məlumata görə, aritmiyadan əziyyət çəkən təqaüdçü boğulmağa başlayıb və təzyiqi artıb.
Həyat yoldaşı onu müharibə veteranları xəstəxanasına göndərmək üçün təcili yardım çağırıb.
Bundan sonra təqaüdçü ayağa qalxmağa çalışıb, onu və həyat yoldaşını buraxmaq üçün maşının dayanmasını istəyib. Bu zaman həkimlərdən biri onu boğmağa başlayıb və burun körpüsünə zərbə vurub.
Tibbi yardım maşınından enən ər-arvad başqa bir yardım çağıraraq xəstəxanaya gediblər.
Orada kişiyə lazımi yardım göstərilib, zədələnən burnuna tikiş qoyulub. Həkim və tibb bacısının etdiyi qəddarlığın səbəbi məlum deyil.

Polislər şikayətçilərin tələbinə əsasən hadisəni araşdırmağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.