Rusiyanın Beyrutdakı səfirliyinin ərazisi nəzarət altına alınıb

16-01-2020, 08:15           
Rusiyanın Beyrutdakı səfirliyinin ərazisi nəzarət altına alınıb
Livan ordusu və polisi Rusiyanın Beyrutdakı səfirliyi binasının olduğu ərazini nəzarət altına alıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda səfirliyin olduğu ərazidə vəziyyət sabitləşib. Hərbçilər kütləvi qarışıqlıqların baş verdiyi ərazini bloklayıblar. Etirazçılar Livanın daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən ərazidən qovulub.

Daha əvvəl bildirilirdi ki, Rusiyanın Beyrutdakı səfirliyi binasının yerləşdiyi ərazidə etirazçılarla polis əməkdaşları arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı azı 35 nəfər xəsarət alıb. Onlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru