"Tahir Kərimovun qarşısını kimsə ala bilərmi?"
16-12-2015, 15:24
Vertikal.az-a yazan Salyan sakini icra başçısı Tahir Kərimovun fəaliyyətindən narazıdır. Həmin narazılıq edən vətəndaşın redaksiyamıza yolladığı şikayət ərizəsini təqdim edirik:
"Mən Əlövsət Quliyev, Salyanın Quyçu kəndində yaşayıram,balaca bir budkam var,kasıbkarlıq edirəm.Rayonda sosial durum çox acınacaqlıdır.İş yerləri demək olar ki,yoxdur.İcra başçısı 5 ildir ki,rayona rəhbərlik edir.Bu müddətdə bir dənə də olsun iş yeri açmadı,ancaq öz mənafeinə xidmət elədi.Sahibkar və fermerlərin torpaqlarını əlindən alıb özü üçün hektarlarla taxıl əkib,fermalar saldırdı.Rayonda fəaliyyət göstərən idarə,müəssisə rəhbərlərinin gününü göy əskiyə döndərdi,həftə səkkiz,mən doqquz onlardan müxtəlif bəhanələrlə pul yığır.Hamı müfli s olub,rayon ölü vəziyyətə düşüb.İnsanların simasına baxmaq olmur,hamı qəm-qüssə içindədir.Günlərdir mediyadan düşməyən başçı Tahir Kərimov nə prezidenti sayır,nə onun elədiyi hərəkətlərindən ibrət götürür,sərt tənqidlərindən nəticə də çıxartmır.Rayon camaatını qorxu altında idarə edir.Bu necə insandır,necə adamdır.Kimdir onun havadarı,Çox qəribədir,bunun qarşısını alan tapılacaq,ya yox,bəlkə bu suala siz cavab verəsiniz".
Qarşı tərəfin də mövqeyini yaymağa hazırıq...