ALI ALIYEV PREZİDENTƏ XƏYANƏTMİ EDİR? – ŞOK DETALLAR

16-12-2015, 20:20           
ALI ALIYEV PREZİDENTƏ XƏYANƏTMİ EDİR? – ŞOK DETALLAR
Generalın həbsi şöbə müdirinin “kitabını bağladı”

Prezident sərəncamı ilə ləğv edilən MTN strukturu ətrafında cərəyan proseslər Füzuli rayonuna çatıb. Verilən xəbərə görə, ötən həftənin sonunda rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad edilib.

A.Həşimova bu vəzifədən öncə rayondakı internat məktəbinin direktoru olub. Alı Alıyev Füzulinin icra başçısı olandan sonra onu təhsil şöbəsinə müdir gətirib. YAP üzvü, RTŞ sədri Hafiz Tahirovu isə yola salıb. A.Həşimova ilə A.Alıyevin dostluq əlaqələri var. H.Tahirov isə parlamentin sədr müavini Bahar Muradovanın yaxın adamı hesab edilir.

Daxil olan məlumata görə, A.Həşimova ilə A.Aliyev rayonda büdcə mənimsəmələrində birgə fəallıq nümayiş etdiriblər. Ancaq işlərin tərs getməsi və A.Həşimovanın vəzifəsindən çıxarılması MTN-dəki həbslərlə bağlı olub.

Mənbə iddia edir ki, həbs edilən generallardan birinin A.Həşimova ilə qohumluq əlaqəsi var və onu himayə edirmiş. Həmin yüksək vəzifəlinin həbsi A.Həşimovanın işini itirməsi azmış kimi fəaliyyətinin araşdırılmasına da səbəb olub.
Füzuli Rayon Təhsil Şöbəsindəki nöqsanlardan dəfələrlə yazılıb. Müəllimlərin bir çoxu repetitor çalışır və məktəblərdə dərs öyrətmirlər. Hətta dərslərə belə gəlmirlər.

Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib.

Bu tenderlərin əksəriyyətini məhz A.Həşimovaya məxsus olan "Valeh-H" MMC, "Ülkər-H" MMC, Vüsal-84 MMC, "Nəfs-RR" MMC firmaları qazanır. Məlumatda həmçinin vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir.

Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlanmışdı.
ALI ALIYEV PREZİDENTƏ XƏYANƏTMİ EDİR? – ŞOK DETALLAR
Onu da qeyd edək ki, Füzulinin icra başçısı ölkə başçısına göstərdiyi obyektləri bağlatdırıb, işsizlik tüğyan edir; rayon isə kommunal problemlər içərisində boğulur

Füzuli rayonu kommunal problemlər içərisində boğulur. Prezidentin tapşırıqlarını icra etməyən rayon rəhbərliyi bölgədə acınacaqlı vəziyyət yaradıb. Əhali regionda hər hansı irəliləyiş olmadığını qeyd edirlər.

Verilən məlumata görə, rayon icra başçısı Alı Alıyev isə müşavirədə iştirak edib və ağızdolusu görülən işlərdən, dinamik inkişafdan danışıb.

Əldə edilən xəbərdə bildirilir ki, işğalda olan rayonumuzda sosial problemlər xirtdəyə çatıb. A.Alıyev isə dövlət büdcəsindən ayrılan xərclərdən bir qəpik də rayonun inkişafı üçün xərcləməyib.

Prezident Horadiz şəhərinə səfər edərkən bir sıra sosial obyektlərin və digər inzibati binaların açılışında iştirak edib. Elə dövlət başçısı Horadizdə açılışını etdiyi iş yerlərindən biri də Tikiş fabriki olub.

İcra başçısı bəh-bəhlə irəliyə çıxıb ölkə başçısını məhz elə burda aldadıb. Belə ki, prezidenti aldadan Alı Alıyev qohum əqrabalarını, tanış bilişini tikiş fabrikinə yığaraq öz yalanları ilə prezidenti aldadıb.

Prezident gedəndən dərhal sonra "işçiləri" çıxardaraq qapını bağlayıb. Bu günə qədər açılışını etdiyi "Tikiş Fabriki" işləmir.

Sahibkarlara göz verib işıq verməyən icra başçısı bu sahədə də prezidenti aldadır. Buna misal olaraq deyə bilərik ki, Horadizdə beton zavodu fəaliyyət göstərir, amma icra başçısı prezidentə həmin zavodun fəaliyyət göstərdiyini yalan məlumat verib.

Zobcuq 2 qəsəbəsində çörək sexini fəaliyyəti başçı tərəfindən dayandırılıb. "Qarabağ Broyler" artıq öz fəaliyyətini dayandırıb.

Məlumatlara görə, buranında dayandırılmasına səbəb məhz elə icra başçısıdır. Bütün bunlar rayonda sosial problemlərə, işsizliyin artmasına gətirib çıxarıb. Sakinlər əkin-biçin, taksi sürücüsü, fəhləliklə dolanır. . \VİZUAL.az\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.