Rusiyada qadın həmcinsinin dodağını dişləyib qopartdı

21-02-2020, 09:23           
Rusiyada qadın həmcinsinin dodağını dişləyib qopartdı
Rusiyanın Birobican şəhərində məhkəmə 29 yaşlı qadını şərti olaraq üç illik azadlıqdan məhrum edib.

Gununsesiaz.info “RBK”yə istinadən xəbər verir ki, buna səbəb qadının münaqişə zəminində həmcinsinin dodağını dişləyib qopartması olub.

Hadisə şəhərin əyləncə məkanlarının birində baş verib.

İki qadın rəqs meydançasında dalaşmağa başlayıb.

Nəticədə onlardan biri digərinin saçlarından tutaraq dodağını qoparıb.

Zərər çəkən qadının üzü eybəcər hala düşüb.

Cinayət törədən qadın məhkəmədə günahsız olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru