ŞOK: Çində bir nəfər ikinci dəfə koronavirusa yoluxdu

21-02-2020, 16:58           
ŞOK: Çində bir nəfər ikinci dəfə koronavirusa yoluxdu
Çinin Siçuan əyalətində bir nəfər yenidən koronavirus xəstəliyinə yoluxub.

APA xəbər verir ki, bu barədə məlumatı “People Daily” qəzeti yayıb.

Nəşrin məlumatına görə, sözügedən xəstə yanvarın əvvəlində xəstəxanadan evə buraxılıb. O, evdə karantində olub və heç yerə getməyib. Ancaq 10 gündən sonra yenidən virusun aşkarlanması üçün test sınağından keçib və nəticə müsbət olub.

Bundan sonra xəstə və onun ailəsi müvafiq strukturlar tərəfindən xəstəxanaya götürülüb, evlərində isə dezinfeksiya işləri aparılıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların koronavirus xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi “Covid-2019” rəsmi adı verilən yeni növ koronavirusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru