Oqtay Gülalıyev əlil arabasında - FOTO

21-02-2020, 17:18           
Oqtay Gülalıyev əlil arabasında - FOTO
Oqtay Gülalıyev əlil arabasında
İstanbulda Amerika klinikasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağalamlıq durumumda irəliləyiş var.

Unikal.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Bildirib ki, Oqtay Gülalıyev hər gün yarım saat köməkçi vasitələrlə ayaq üstə qaldırılır və gündə bir neçə dəfə əlil arabasında oturur:

"Onu əməliyyat və hazırda onu müalicə edən həkimi Mehdi Sasani yaxın iki həftədə xəstənin vəziyyətinin daha da yaxşılaşacağını gözləyir".

Qeyd edək ki, noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini də Heydər Əliyev Fondu öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru