Uhanlılar xərcləyə bilmədikləri pulları pəncərədən atırlar - Video

22-02-2020, 00:00           
Uhanlılar xərcləyə bilmədikləri pulları pəncərədən atırlar - Video
Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərindən yeni görüntülər yayılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, evdən çölə çıxa bilməyən uhanlılar özlərinə yeni “əyləncə” növü tapıblar. Belə ki, onlar xərcləyə bilmədikləri pullardan “təyyarə düzəldərək” pəncərədən atırlar. Video “ümidlərin itdiyini nümayiş etdirən daha bir görüntü” kimi xarakterizə olunub.

Qeyd edək ki, Çində Covid-19 səbəbindən 2 min 238 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların sayı isə 75 min 465 nəfərdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.