Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

22-02-2020, 02:07           
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.

Trend-in məlumatına görə, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.

Bundan başqa, hərrac zamanı “Taxt-tac oyunları” kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.

Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru