ABŞ-da yeni növ koronavirusa yoluxanlarıın sayı 34 nəfərə çatıb

22-02-2020, 04:09           
ABŞ-da yeni növ koronavirusa yoluxanlarıın sayı 34 nəfərə çatıb
ABŞ-da yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 34 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər. Daha əvvəl 26 nəfərin yoluxduğu deyilirdi.

Son məlumatlara əsasən, yeni növ COVID-19 koronavirusuna yoluxanların 11 nəfəri xarici ölkələrdən ABŞ-a qayıdıb. Xəstələrdən 21 nəfəri ölkəyə Dövlət Departamentinin reysləri ilə gətiriliblər: 3 nəfər Uhandan və 18 nəfər Yaponiyadan.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 75 mini ötüb, onlardan 2236 nəfəri ölüb, 18 mindən artıq insan isə sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru