Milli Qəhrəman Tahir Həsənovun 50 illiyini səngər və silah yoldaşları qeyd etdilər..FOTO

22-02-2020, 20:51           
Milli Qəhrəman Tahir Həsənovun 50 illiyini səngər və silah yoldaşları qeyd etdilər..FOTO
Teref.az olaraq qeyd etmişdik ki, bu gün rəhmətlik şəhid Milli Qəhrəman Tahir Həsənovun 50 yaşı tamam olur. Bu münasibət ilə onun silah və səngər yoldaşları şəhidimizin ruhunun işığına Qalibə xanımın ocağının istisinə toplaşdıq.
Səngər və silah dostları onu yad etdi, ruhna dualar oxuyaraq rəhmət dilədilər.
Teref.az olaraq qeyd etmək istəyirik ki, ailənin yeganə övladı olmasına baxmayaraq o, universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulur. Tahir Həsənovu, desant alayında xidmət etməsini, yüksək fiziki peşə hazırlığını nəzərə alaraq, onu OMON-da kəşfıyyat qrupuna komandir təyin edirlər.
Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur.
1992-ci il... Sentyabrın 2-i... Tahir arxadan heç nədən xəbərsiz gedən döyüşçüləri pusquya salmaq istəyən düşmənlə savaşa girir, son nəfəslərinədək vuruşur. Düşmənin onu əsir götürmək niyyəti baş tutmur.
O, son anda özünü qumbara ilə partladaraq, özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.
Tanrı cəmi şəhidlərimizin ruhunu şad etsin!
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.