SON DƏQİQƏ: İranda GÜCLÜ ZƏLZƏLƏ baş verdi

23-02-2020, 10:28           
SON DƏQİQƏ: İranda GÜCLÜ ZƏLZƏLƏ baş verdi
İranda rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə “İrna” agentliyi məlumat yayıb. Açıqlamaya görə, yeraltı təkanlar yerli vaxtla 8:53-də qeydə alınıb. Zəlzələnin episentri Qərbi Azərbaycan vilayətində yerləşib.

Məlumata görə, Türkiyə ilə sərhədə yaxın bölgədə baş verən zəlzələ Van və Hakkari vilayətlərində də hiss edilib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ bölgəsində xilasedicilər cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru