"Bu, ən böyük axmaqlıqlardan biridir" – Fazil Mustafa

24-02-2020, 00:00           
"Bu, ən böyük axmaqlıqlardan biridir" – Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa 23 fevralı bayram kimi qeyd edənləri sərt tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, F.Mustafa 23 fevralı bayram və ya özəl bir adla ifadə olunan gün kimi qeyd edən azərbaycanlının sadəcə cahil olduğunu bildirib:

"Çünki bu Sovet ordusu və donamasının yarandığı bir tarixdir, həmin yaranan ordu iki ildən sonra müstəqil Azərbaycanın varlığına son qoymuşdur. Digər tərəfdən bizim öz Milli Ordumuzun yarandığı 26 iyun günü bizim üçün elə bir kişilik günüdür.23 fevralı qeyd etmək 21-ci əsrin ən böyük axmaqlıqlarından biridir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru