MSK bu gün yenə toplanır 25-02-2020, 11:56 Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.Axar.az xəbər verir ki, iclas saat 16:00-da başlayacaq.İclasda 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar daha bir neçə müraciətə və şikayətə baxılacaq.Qeyd edək ki, MSK bu həftə Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək. Facebook-da paylaş