"Nəfəsiniz də oğurluqdur" - Ləman Ələşrəfqızından MSK-ya sərt etiraz

25-02-2020, 21:03           
"Nəfəsiniz də oğurluqdur" - Ləman Ələşrəfqızından MSK-ya sərt etiraz
"Mərkəzi Seçki Komissiyasının 117 saylı dairədə ləğv etdiyi 3 məntəqədən biri mənim qalib olduğum 30 saylı məntəqədir".

Mia.az xəbər verir ki, bu sözləri sosial çəbəkədəki səhifəsində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib.

O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib: "Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm".

Ləman Ələşrəfqızı əlavə edib ki, adıçəkilən məntəqədə Aqiyə Naxçıvanlının qohumları da səs verib. Buna baxmayaraq, o, səs yığa bilməyib: "Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur".

Xatırladaq ki, MSK dünən 117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçki ilə bağlı şikayətlərə baxıb və 36 məntəqədə səsvermənin nəticələrini ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru