Azərbaycanlı gənclərdən elmi kəşf: Yaxın Şərq tarixində ilk reallaşdı

8-03-2020, 01:34           
Azərbaycanlı gənclərdən elmi kəşf: Yaxın Şərq tarixində ilk reallaşdı
Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup gənc Yaxın Şərq tarixində ilk dəfə robot tibb bacısı hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə layihədə iştirak edən bir generasiya şirkətinin rəhbəri Bəhzadə Kohənmi məlumat verib.

O, qeyd edib ki, bu robot Güney Azərbaycan və İranda tibb bacılarına yardım etmək məqsədilə hazırlanıb.

Onun sözlərinə görə, “Həkim” adı verilən robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Habelə Yaxın gələcəkdə robotun geniş istehsalına başlanılacağını açıqlayıb.

Kohənmi yeni istehsal olunan robotun gələn həftə Ərdəbilin Xomeyni xəstəxanasında quraşdırılacağını bildirib.

İnternetə bağlı olan robot mikrofon, durbin, səsgücləndirici, lazer termometr və bir sıra proqramlarla təchiz edilib. Sürətlə hərəkət edə bilən robotun dərman və yemək daşıma qabliyyəti var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.