ŞOK!Korona Prezident Administrasiyasında yayıldı - Virusa yoluxan bu şəxslərdə, xəstəliyin 12 halı təsdiqləndi

8-03-2020, 08:50           
ŞOK!Korona Prezident Administrasiyasında yayıldı - Virusa yoluxan bu şəxslərdə, xəstəliyin 12 halı təsdiqləndi
Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

Teref.az "BakuPost.az"-a istinadən xəbər verir ki, bu barədə administrasiya məlumat yayıb.

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.