Karantin dövründə sığortası olmayan avtomobillər cərimələnəcək? - AÇIQLAMA

10-04-2020, 00:00           
Karantin dövründə sığortası olmayan avtomobillər cərimələnəcək? - AÇIQLAMA
“Ola bilsin ki, karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində müəyyən məhdudiyyətlər var. Ona görə də nəqliyyat vasitələrinin sahiblərinin icbari sığorta müqaviləsi bağlaması mümkün olmaya bilər”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi göstəriş verib ki, texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanma karantin müddətində dayandırılsın. Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru