Maqsud Mahmudov həbs olundu - FOTO

11-04-2020, 00:00           
Maqsud Mahmudov həbs olundu - FOTO
Ukrayna Milli Təhlükəsizliyi Nazirliyi ölkə ərazisində əməliyyat keçirib.

Teref.az-ın məlumatına görə, əməliyyat nəticəsində Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş 51 yaşlı Maqsud Mahmudov saxlanılıb. Ukrayna Milli Təhlükəsizliyi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M. Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Bu müddətdə o, taksi xidmətindən istifadə edərək mütəmadi telefon nömrəsini dəyişirmiş. O, da bildirilir ki, M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırmış. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.

Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.

Qeyd edək ki, M. Mahmudov xaricdə Azərbaycan hakimiyyətinin əleyhinə təbliğat aparırdı

Unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru