İspaniyada biznesin fəaliyyətinə qadağa götürülür - İnşaat və istehsal sahəsindəçalışanlar geri dönür

12-04-2020, 01:41           
İspaniyada biznesin fəaliyyətinə qadağa götürülür - İnşaat və istehsal sahəsindəçalışanlar geri dönür
İspaniyada şənbə günü martın 23-dən bəri ilk dəfə olaraq bir gündə koronavirusdan ən az ölüm halları qeydə alınıb. Ölkədə karantin rejiminin yüngülləşdirilməsi ilə minlərlə biznes yenidən açılmağa hazırlaşır.

İspaniyada bir gün ərzində 510 nəfər ölüb və bununla ümumi ölənlərin sayı 16353-əçatıb. Bu barədə Səhiyyə Nazirliyi yaydığı bəyanatında bildirib. Virusa təsdiq olunan yoluxma halları bir gün ərzində 157022-dən 161852-əçatıb.

Ölüm hallarında azalma virusdan ölən insanların sayına görəİtaliya və BirləşmişŞtatlardan sonra üçüncü yerdə gələn İspaniya üçün müsbət əlamətdir.

Aprelin əvvəlində bir gün ərzindəölənlərin sayı 950-əçatmışdı və bölgə rəsmiləri istifadə olunmayan ictimai binalar və buz meydançalarında müvəqqəti morqlar quraşdırmışdı. Ən çox təsirəölkənin tibb işçiləri məruz qalıb.

Səhiyyə sahəsidə fövqəladə hallar idarəsin sədrinin müavini Mariya Xose Sierra deyib ki, indiyədək 25 min tibb işçisi virusa yoluxub. Bu da ümumi yoluxanların 15 faizi deməkdir.

Yeni yoluxma vəölüm hallarının sürəti azaldığıüçün, hökümət tədricən insanların martın ortalarından bəri evdə qalmalarına səbəb olan karantin tədbirlərini yumşaltmağa başlayıb.

Bazar ertəsindən başlayaraq inşaat və istehsal sahəsindəçalışan işçilərin işlərinə geri dönmələrinə icazə veriləcək. Buna baxmayaraq hökümət İspaniyanın Fransa və Portuqaliya ilə sərhdədində keçidlərə tətbiq olunan məhdudiyyətləri iki həftə daha uzadıb.

Hökümətin tətbiq etdiyi qaydalata əsasən, şirkətlər işçiləri qoruyucu avadanlıqlarla təmin etməli və aralarında azı iki metr məsafənin olmasını təmin etməlidirlər.

Karantin katolik ölkədə Pasxa şənliklərinə maneə törədib. Din xadimləri və ibadət edən insanlar bu şənliklərdə iştirak etməyin yeni yollarını tapıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru