“Mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” – O qadını siz də tanıyın

12-04-2020, 15:09           
“Mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” – O qadını siz də tanıyın
İsmayıllı sakini Tamam Qarayeva İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən göndərilən ərzaq yardımından imtina edib.

Yenisabah.az xəbər verir ki, həyətyanı torpaq sahəsində əkinçilik və digər növ təsərrüfatla məşğul olan Tamam Qarayeva yardıma ehtiyacı olmadığını bildirib.

Onun “mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə iştirakçıları Qarayevanın bu davranışını təqdir ediblər

İsmayıllı Rayon İcra Hakimiyyətinın başçısı Nahid Bağırov və millət vəkili Novruz Aslan T.Qarayevanın yaşadığı evə baş çəkərək, nümunəvi davranışına görə ona təşəkkür ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru