Tarixin ən böyük səfərbərliyi: Virusun dərmanı TAPILDI

13-04-2020, 00:00           
Tarixin ən böyük səfərbərliyi: Virusun dərmanı TAPILDI
Amerika Jakson Laboratoriya İnstitutunda baş araşdırmaçı olaraq çalışan türkiyəli professor Dərya Unutmaz sosial şəbəkə hesabından yeni növ koronavirus (COVİD-19) dərmanının hazırlanması istiqamətində aparılan araşdırmalara dair önəmli məlumat paylaşıb.

Teref.AZ xəbər verir ki, professor araşdırmanı tarixin ən böyük səfərbərliyi adlandırıb.

"Hazırkı klinik dərman təcrübələri tarixin ən böyük səfərbərliyidir. Amma zamana ehtiyacımız var. Çox çətin bir dövrdən keçirik. Lakin ümidimizi itirməməliyik. Uğursuzluq əsla bir seçim deyil" - D.Unutmaz vurğulayıb.

Professor vurğulayıb ki, COVİD-19-un qarşısını alan dərman artıq hazırdır: "Virusun quruluşu və yeni dərmanın hazırlanması istiqamətində böyük irəliləyiş əldə edilib. Virusun quruluşu bizə bəllidir və onun qarşısını ala bilən dərmanlar tapılıb".

D.Unutmazın sözlərinə görə, virus 15-20 il əvvəl yayılsaydı, xilas üçün heç bir şans olmazdı: "Normal şəraitdə virus üçün dərmanın tapılması 15-20 il çəkərdi. Ancaq dünya keçmişə nəzərən texnologiyada çox irəlidədir. Bu virus 15-20 il əvvəl yayılsaydı, xilas üçün heç bir şans olmazdı. Əlbəttə, yeni bir virus yayılsa, hazırlıqlı olacağıq. Amma öncə bu virusdan xilas olmalıyıq".//Metbuat.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.