Misirdə yeni növ koronavirusdan ölənlərin sayı 159 nəfərə çatıb

13-04-2020, 09:25           
Misirdə yeni növ koronavirusdan ölənlərin sayı 159 nəfərə çatıb
Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 159 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən 13 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin hamısı Misir vətəndaşlarıdır.

X.Meqahed bildirib ki, aprelin 12-də ölkədə koronavirusa 126 yoluxma halı qeydə alınıb. Beləliklə, xəstələrin ümumi sayı 2065 nəfərə çatıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 21 pasiyent tam müalicə olunaraq evə buraxılıb. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 447 koronavirus xəstəsi tam sağalıb.

Misirin Əl-Əzhar Baş İmamı ötən gün koronavirusdan həyatını itirmiş 62 yaşlı qadın həkimin Şobra Əl-Bəhv qəsəbəsində dəfn edilməsinə etiraz edənləri qınayıb. Məzarlığa gedən yolda toplaşan və cənazənin olduğu təcili tibbi yardım maşınına daş atan etirazçılar polis tərəfindən dağıdılıb, onlardan 23 nəfəri həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru