Deputatın yazdığı status onu hədəfə gətirdi - Foto

14-04-2020, 20:02           
Deputatın yazdığı status onu hədəfə gətirdi - Foto
91 saylı Ucar seçki dairəsindən deputat seçilər Ramil Həsən sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Bizimxeber.az xəbər verir ki, Ramil Həsənin tənqid atəşinə tutulması aprelin 13-də “Facebook” səhifəsində yazdığı statusla bağlıdır.

Deputatın yazısında xeyli sayda orfoqrafik səhvin olması sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Şəbəkə istifadəçiləri bəzi sözlərin düzgün yazılmadığını mexaniki səhv yox, savadsızlıq kimi dəyərləndiriblər.

Məlumat üçün deyək ki, Ramil Həsən 2014-cü ilin sentyabrından 2018-ci ilin sentyabrına qədər Türk Şurasının (Türkdilli Dövlətlərin Əmakdaşlıq Şurası) Baş katibi, Beynəlxalq Diplomatik Missiyanın rəhbəri olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru