“Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?” - AÇIQLAMA

17-04-2020, 16:14           
“Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?” - AÇIQLAMA
AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, Elton Məmmədov demokrat.az-a açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar doğru deyil:

"Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır".

Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:

"Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru