İcra başçısının birinci müavini ağır pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirildi 20-04-2020, 20:17 Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səhhəti pisləşib. Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, birinci müavin İsmayıl Yusifzadəyə ağır pnevmaniya diaqnozu qoyulub. O, təcili paytaxtın 3 saylı şəhər klinikasına aparılıb. Hazırda orada müalicə olunur. Qeyd edək ki, İ.Vəlizadə koronavirusa tutulması şübhəsiylə iki dəfə test edilib. Ancaq hər iki testin nəticəsi neqativ çıxıb. Facebook-da paylaş