Moskvada koronavirusdan daha 29 nəfər ölüb

21-04-2020, 03:02           
Moskvada koronavirusdan daha 29 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 29 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 29 xəstə dünyasını dəyişib. Ölənlər 31-94 yaşlarında olub".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 233 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru