COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?- ÜST-dən cavab

22-04-2020, 00:01           
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?-
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un qəpik və kağız pullar vasitəsilə ötürülə bilməsinin mümkünlüyünü açıqlayıb.

Trend-in məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, hazırda COVID-19 virusunun qəpik və ya kağız pullar vasitəsilə ötürülə biləcəyini təsdiq və ya təkzib edən fakt yoxdur. Buna baxmayaraq, infeksiyaya yoluxmuş insandan xaric olunan tənəffüs damcıları səthlərin üzərinə düşə və orada qala bilər.

ÜST bunları nəzərə alaraq, insanlara tövsiyə edir ki, əllərinizi qəpik və ya kağız pullar kimi tez-tez toxunulan istənilən səthə və əşyaya vurduqdan sonra düzgün şəkildə, müntəzəm olaraq yuyun. Əlləriniz təmiz deyilsə, gözlərinizə, ağzınıza və burnunuza toxunmayın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru