Karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq

22-04-2020, 10:05           
Karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq
Xüsusi rejimli karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi rejimli karantin dövründə vətəndaşlara mülkiyyətin dövlət qeydiyyatı ilə bağlı hazır sənədləri ünvanlarında təqdim olunacaq. Çatdırılma xidməti ödənişsizdir.

Bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Vətəndaşlar müvafiq rüsum və sənədlərin hazırlanması üçün xidmət haqqını Hökümət Ödəniş Portalı (https://gpp.az) və ya ödəmə terminalları vasitəsilə həyata keçirə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru