Hərbi jurnalist Elgün Gəncimsoyun saxlanması ilə bağlı - DİN-dən RƏSMİ - AÇIQLAMA

22-04-2020, 11:36           
Hərbi jurnalist Elgün Gəncimsoyun saxlanması ilə bağlı -
Bu gün daha bir jurnalist saxlanılıb.

Bu gün saat 14:00 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Rəhimov Elgün Rizvan oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov KONKRET.az -a məlumat verib:

“Bu gün Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Elgün Rəhimov karantin qaydalarını pozub. Polis əməkdaşları ondan müvafiq sənədləri tələb edərkən, jurnalist polisin qanuni tələbinə əməl etməyib.Elgün Rəhimov bu gün İXM-nin 211- ci və 535-ci maddələri ilə məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə jurnalistin əməlinə hüquqi qiymət verəcək.”

Qeyd edək ki, Elgün Rəhimov mətbuatda Elgün Gəncimsoy imzası ilə tanınır. Eyni zamanda, Elgün Gəncimsoy hərbi jurnalistdir, 2016-cı ilin “Aprel döyüşləri” ərəfəsində Azərbaycan ictimaiyyətini operativ xəbərlərlə təmin edib. Son günlər isə cəbhəyanı kəndlərdə aztəminatlı ailələrə yardım kampaniyalarının təşkilatçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru