Peyvəndlərlə bağlı TƏBİB sədrindən - Açıqlama

25-04-2020, 00:00           
Peyvəndlərlə bağlı TƏBİB sədrindən - Açıqlama
“Azərbaycanda peyvəndlərin kütləvi sınaqdan keçirilməsi halı hazırda yoxdur".

Teref.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:


"Bunun olmamasının səbəbi də peyvəndin tapılmasının mərhələsi ilə əlaqədardır. Birinci növbədə virus laboratoriyada izolyasiya, kultivasiya olunur. Bunun üçün xüsusi şərait lazımdır. Sonra izolə edilmiş virusun hansı antigenlərinin effektiv olduğu müəyyənləşdirilir və peyvənd hazırlanır. Hazırlanmış peyvənd laboratoriya şəraitində sınaqdan keçirilir və bioloji, yəni heyvan sınaqlarına keçilir. Burada da effekt görüldükdə könüllü insanlara arasında sınaq mərhələsinə - klinik sınaq mərhələsi olur və ondan sonra əlavə təsirlər yoxdursa, qoruyucu anticisimlərin əmələ gəlməsi baş verirsə, nəticələr qaneedicidirsə, ondan sonra kütləvi istehsalı başlanır və peyvənd tətbiq olunur. Bütün bunları ölkə olaraq çox yaxından təqib edirik. Konkret müalicə ilə bağlı da hər hansı yekun qərar yoxdur. Bizim özümüzün də elmi-statistik göstəricilərimiz var və bu yaxınlarda onlar da nəşrə göndəriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru