190 manata görə SMS almayanların NƏZƏRİNƏ! - VİDEO

25-04-2020, 00:00           
190 manata görə SMS almayanların NƏZƏRİNƏ! - VİDEO
Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

Kazus.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Son vaxtlar bu cür müraciətlər çoxalıb. Vətəndaşa birdəfəlik ödəmənin təyin olunması ilə bağlı SMS göndərilir, amma orada başqa adamın adı, soyadı qeyd olunur. Dövlət Məşğulluq Xidməti bunu vətəndaşların qeydiyyatdan keçən zaman öz mobil nömrələrini elektron sistem üzərindən səhv qeyd etmələri ilə əlaqələndirir. Bir rəqəmin belə səhv qeyd olunması təyinat barədə SMS-in başqa adama getməsi ilə nəticələnir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru