Bu il Azərbaycanda 3,3% inflyasiya olacaq - IMF

27-04-2020, 10:13           
Bu il Azərbaycanda 3,3% inflyasiya olacaq - IMF
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda 2,2% iqtisadi geriləmə gzləyir.

“Report” xəbər verir ki, bu barədə qurumun Mərkəzi Şərq və Asiya ölkələri üçün hazırladığı “Regional Economic Outlook” hesabatının aprel sayında bildirilir.

IMF gələn il isə 0,7% iqtisadi artım proqnozlaşdırır.

Bundan başqa, Fond bu il ölkəmizdə istehlak qiymətləri indeksiunun 3,3%, gələn il isə 3,2% olacağını bəyan edib.

IMF 2020-ci ildə Azərbaycanın fiskal balansının ümumi daxili məhsula (ÜDM) nisbətinin 12,8%, 2021-ci ildə 9,7% azalacağını gözləyir. Qurumun cari hesab balansının ÜDM-ə nisbətinin azalması ilə bağlı proqnozları isə müvafiq olaraq 8,2% və 3,7%-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru