Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?

27-04-2020, 11:09           
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?
Sosial şəbəkələrdə Göyçay rayonu Kürdəmiş kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması barədə məlumat paylaşılıb.

Bildirilir ki, məktəb təhsil üçün tamamilə yararsız haldadır, qış aylarında isə dərs otaqları odun sobası ilə qızdırılır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsinin təmir olunması məsələsinə növbəti illərdə baxılacaq:

“Göyçay rayonu Kürdəmiş kənd tam orta məktəbində hazırda 219 şagird təhsil alır. Binada əsaslı təmir, bərpa-gücləndirmə işlərinə növbəti illərin investisiya proqramında baxılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru