Azərbaycan cəbhə xəttində yeni hərbi hissə tikir – VİDEO

6-05-2020, 11:39           
Azərbaycan cəbhə xəttində yeni hərbi hissə tikir – VİDEO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin yaşayışı və xidməti-döyüş tapşırıqlarının icrasını təmin etmək üçün lazımi şərait yaradılacaq.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru